0
Wednesday 10 June 2020 - 16:02

Həşd əl-Şəbi: ABŞ-a qətiyyən güvənmirik

Story Code : 867772
Həşd əl-Şəbi: ABŞ-a qətiyyən güvənmirik
Həşd əl-Şəbi Müqavimət hərəkatının komandirlərindən olan Əl-Kəravi Əl-Məlumə xəbər saytına açıqlamasında deyib: "Həşd əl-Şəbi ABŞ tərəfindən verilən vədə və razılaşmalara inanmır! ABŞ üçün bu ölkənin öz mənafeindən başqa bir şey önəmli deyil. Onlar öz maraqlarını güdür və bunun üçün bütün razılaşmaları ləğv etməyə hazırdırlar. Eynilə İran İslam Respublikasına etdikləri kimi."

Həşd əl-Şəbi komandiri ABŞ-ın İran İslam Respublikası ilə əldə etdiyi Hərtərəfli Birgə Fəaliyyət planını adlı sazişdən çıxmasına işarə edib. Bu saziş 5+1 ölkələrinin də iştirakı ilə uzun illər İranla müzakirədən sonra əldə edilməsinə və İranın sazişdə qeyd edilən bütün şərtlərə əməl etməsinə baxmayaraq Donald Tramp tərəfindən heç bir əsas olmadan yırtıldı. Avropa ölkələri ABŞ-a bu haqda dəfələrlə xəbərdarlıq edərək sazişi birtərəfli şəkildə tərk etməyin qeyri-qanuni olduğunu bildirsələr də ABŞ heç bir qanuna hörmət qoymadığını bir daha sübuta yetirmiş oldu.

Əl-Kəravi hesab edir ki, Amerika tərəfi ilə istənilən siyasi və ya iqtisadi danışıqlarda İraqın suverenliyini, maraqları qorunmalıdır və İraq üçün səmərəli olmalıdır.

Sonda, Əl-Kəravi gizli, ABŞ-ın İraqdakı maraqlarını qorumağa yönəlmiş razılaşma ilə bağlı xəbərdarlıq edib.
 
Source : IslamTimes