QR CodeQR Code

Səudiyyə rejimi Yəmən xalqını qətliam etməyə çalışır

IslamTimes , 10 Jun 2020 17:39

İslamTimes: Ali-Səud rejimi Yəmən xalqının vəziyyətini ağırlaşdırmaq və onların çəkdiyi əzab-əziyyəti daha da artırmaq üçün bu ölkənin 15 gəmisini zəbt edib


Səudiyyə Ərəbistanının təcavüzkar koalisiya qüvvələri, Yəmən xalqının vəziyyətini ağırlaşdırmaq və onların çəkdiyi əzab-əziyyəti daha da artırmaq üçün neft məmulatları daşıyan 15 gəmini saxlayaraq, Yəmənin əl-Hədidə limanına yan almasına mane olub.

Məlumatlı mənbələrin bildirdiyinə əsasən, koalisiya bu günə qədər 15 neft tankerini zəbt edib. 

Səudiyyə Ərəbistanı koalisiyası həmçinin atəşkəs razılaşmasını pozaraq Əl-Hədidə məntəqəsinə hücum edib. Qırıcılar son 24 saat ərzində Mərib, Cəvf və sərhəd bölgələrini 18 dəfə bombalayıb.

Səudiyyə koalisiyası bu günədək 96 dəfə atəşkəs rejimini pozub. Buna misal olaraq iki casus təyyarənin Əl-Fazə şəhəri səmasına daxil olmasını, 20 dəfə minatanla, 74 dəfə isə müxtəlif kalibrli toplarla Yəmən şəhərlərinin atəşə tutulmasını göstərmək olar.

Ötən gün Əl-Mayadin kanalı Səudiyyə koalisiyasının əl-Hədidə bölgəsində son bir neçə saat ərzində 80 dəfə atəşkəsi pozduğunu bildirib.

Bütün bu cinayətlər bir halda baş verir ki, Ali-Səud rejimi BMT-nin koronavirus səbəbindən Yəmənə qarşı hücumların dayandırılması çağırışını qəbul etdiyini iddia etmişdi. Amma onlar hər gün atəşkəsi pozmağa davam edir!


Story Code: 867784

News Link :
https://www.islamtimes.org/az/news/867784/səudiyyə-rejimi-yəmən-xalqını-qətliam-etməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org