0
Wednesday 10 June 2020 - 17:39

Səudiyyə rejimi Yəmən xalqını qətliam etməyə çalışır

Story Code : 867784
Səudiyyə rejimi Yəmən xalqını qətliam etməyə çalışır
Səudiyyə Ərəbistanının təcavüzkar koalisiya qüvvələri, Yəmən xalqının vəziyyətini ağırlaşdırmaq və onların çəkdiyi əzab-əziyyəti daha da artırmaq üçün neft məmulatları daşıyan 15 gəmini saxlayaraq, Yəmənin əl-Hədidə limanına yan almasına mane olub.

Məlumatlı mənbələrin bildirdiyinə əsasən, koalisiya bu günə qədər 15 neft tankerini zəbt edib. 

Səudiyyə Ərəbistanı koalisiyası həmçinin atəşkəs razılaşmasını pozaraq Əl-Hədidə məntəqəsinə hücum edib. Qırıcılar son 24 saat ərzində Mərib, Cəvf və sərhəd bölgələrini 18 dəfə bombalayıb.

Səudiyyə koalisiyası bu günədək 96 dəfə atəşkəs rejimini pozub. Buna misal olaraq iki casus təyyarənin Əl-Fazə şəhəri səmasına daxil olmasını, 20 dəfə minatanla, 74 dəfə isə müxtəlif kalibrli toplarla Yəmən şəhərlərinin atəşə tutulmasını göstərmək olar.

Ötən gün Əl-Mayadin kanalı Səudiyyə koalisiyasının əl-Hədidə bölgəsində son bir neçə saat ərzində 80 dəfə atəşkəsi pozduğunu bildirib.

Bütün bu cinayətlər bir halda baş verir ki, Ali-Səud rejimi BMT-nin koronavirus səbəbindən Yəmənə qarşı hücumların dayandırılması çağırışını qəbul etdiyini iddia etmişdi. Amma onlar hər gün atəşkəsi pozmağa davam edir!
Source : IslamTimes