0
Wednesday 10 June 2020 - 18:54

İsrail rejimi bir daha İranı əsas təhdid adlandırdı

Story Code : 867801
İsrail rejimi bir daha İranı əsas təhdid adlandırdı
İşğalçı İsrailin xarici işlər naziri Qabi Eşkenazi almaniyalı həmkarı Heiko Maas ilə görüşdə müxtəlif məsələlər haqda, o cümlədən Qərb Sahilinin bir hissəsinin işğal olunmuş ərazilərə ilhaq planı, Hizbullahın Müqavimət Hərəkatının Almaniya tərəfindən terror təşkilatı kimi tanınması və İran məsələsi haqda müzakirələr aparıb.

Sionist rejimin xarici işlər naziri deyib: "İran bizim üçün böyük bir təhdiddir və onların nüvə silahına sahib olmasını heç vəchlə qəbul edə bilmərik. Biz İranın hərbi qüvvələrinin bizə yaxın mövqelərdə yerləşməsi ilə sərhədlərimizin təhlükə altında olmasını da istəmirik."

Daha sonra Qabi Eşkenazi Almaniya hökumətinin Hizbullahın siyasi qanadının bu ölkədə fəaliyyətlərini qadağan etməsini alqışlayıb və digər Avropa ölkələrini də eyni addımı atmağa çağırıb.

Amma bütün bunlara baxmayaraq Almaniyanın xarici işlər naziri, Berlinin Tel-Əvivin iyulun 1-də Qərb sahilinin bəzi hissələrini işğal etmək qərarından çox narahat olduğunu söyləyib.

İsrail rejiminin BMT-nin qərarlarına belə hörmət qoymadığı halda, bu rejimin qarşısında duran əsas ölkələrdən biri İran İslam Respublikası olduğu üçün sionist rejim rəsmi Tehrana qarşı bütün təbliğat maşınlarından istifadə edir. İllərdir bütün qonşu ölkələrin ərazilərinə təcavüz edən, məzlum Fələstin xalqını qətliam edən işğalçı İsrail MAQATE-nin də İranın nüvə fəaliyyətinin sülhməramlı olduğunu təsdiqlədiyi halda bu ölkənin atom bombası hazırladığını iddia edir.
Source : IslamTimes