0
Thursday 11 June 2020 - 05:11

“Press Freedom Tracker”: ABŞ-da polislə jurnalistlər arasında 405 insident yaşanıb

Story Code : 867858
“Press Freedom Tracker”: ABŞ-da polislə jurnalistlər arasında 405 insident yaşanıb
APA-nın məlumatına görə, bu barədə media nümayəndələrinin hüquqlarının müdafiəsi ilə məşğul olan və 10-dan çox qeyri-kommersiya təşkilatlarını birləşdirən “Press Freedom Tracker” ötən gün Twitter-də məlumat yerləşdirib.

Assosiasiya mayın 26-dan iyunun 10-dək ölkənin 34 əyalətinin 64 şəhərində vəziyyət barədə qısa məlumat verib: “Bu dövrdə ABŞ-ın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı mətbuat azadlığının pozulması nəticəsində 405-dən çox hadisə qeydə alınıb – Media nümayəndələrinin 58-i həbs olunub, onlara qarşı 86 hücumlar edilib. Bunlardan 54-ü ABŞ polis tərəfindən həyata keçirilib, 53 video kamera yarasız hala düşüb, media qrumlarının binalarına ciddi ziyan vurulub”.

Həmçinin, bildirilib ki, mətbuat mənsublarına qarşı 83 dəfə gözyaşardıcı qazlardan, 87 dəfə plastik güllələrdən istifadə olunub. 

Qeyd olunub ki, jurnalistlərin iştirak etdiyi aksiyalarda - Minneapolisdə 66, Vaşinqtonda 27 və Nyu-Yorkda 23 qanun pozuntusu baş verib.