0
Thursday 11 June 2020 - 05:44

Tramp Pentaqon rəhbərinə qəzəblənib

Story Code : 867859
Tramp Pentaqon rəhbərinə qəzəblənib
ABŞ prezidenti, Pentaqon rəhbəri Mark Esperi vəzifədən azad etməyin bir addımlığında idi. Trampı özündən çıxardan Esperin etirazları yatırtmaq üçün hərbi gücdən istifadə etməməsi idi. Vol Strit Cornal yazır: “Prezidentlə görüşdə Pentaqon rəhbəri bildirib ki, qoşunlar ən çətin vəziyyətlərdə yalnız son vasitə kimi cəlb olunmalıdır, "İndi biz bu vəziyyətdə deyilik", - deyə Esper bildirib”.

"Deyerler.org"un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, nəşir yazır ki, özündən çıxmış Tramp Pentaqon rəhbərinin işdən çıxarılması barədə qərar vermək üçün bir neçə məsləhətçi ilə məsləhətləşib, lakin onlar dövlət başçısını razı sala bilib. Qeyd edilən kimi, Esper, Trampın özündən çıxacağında xəbərdar idi və istefa verməyə hazır idi. Lakin görüşdən bir neçə gün sonra Ağ Evin sözçüsü Keyli Makinani, Esperin etirazlar zamanı təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli bir rol oynadığını və Trampın yenə də buna inandığını bildirib. Əvvəllər Esperin etirazları yatırtmaq üçün hərbi güc tətbiq etməsi ilə bağlı söylədiyi mövqe, Trampın qəzəblənməsi üçün səbəb idi.