1
Thursday 11 June 2020 - 14:37

Seçki öncəsi Tramp üçün növbəti şok

Story Code : 867970
Seçki öncəsi Tramp üçün növbəti şok
ABŞ Konqresinin Xəbər saytının verdiyi məlumata görə, ABŞ-da qaradərili Corc Floydun faciəli qətlindən sonra başlamış geniş anti-irqçi aksiyalar və bu ölkədə yayılmış ölümcül Covid-19 virusu Donald Trampın populyarlığının kəskin şəkildə azalmasına səbəb olub.

"Gallup" sosioloji sorğu xidmətinin bildirdiyinə əsasən, ABŞ prezidentin populyarlığı 39 faizə enib. Bu isə maydakı anketdən də 10 faiz daha azdır.

"Gallup" keçirdiyi sorğuya əsasən, Trampın hətta respublikaçı partiya yoldaşları arasında da populyarlığı 7 faiz azalaraq 85 faizə enib. Bu, son iki ildə ABŞ prezidentinin öz partiyası arasında populyarlığının ən aşağı səviyyəsidir.

Trampın demokrat seçicilər arasında populyarlığı isə cəmi 5 faizdir.

Trampın iqtisadiyyatla bağlı fəaliyyəti də amerikalıların narazılığına səbəb olub. Belə ki, yanvar ayında sorğuda iştirak edənləri 63 faizi Trampın iqtisadi fəaliyyətlərindən razı idisə, bu rəqəm hazırda 47 faizə enib.
Source : IslamTimes