0
Thursday 11 June 2020 - 15:21

Şimali Koreyadan ABŞ-a ciddi xəbərdarlıq

Story Code : 867979
Şimali Koreyadan ABŞ-a ciddi xəbərdarlıq
"Yonhap" xəbər agentliyinin verdiyi məlumata görə, Şimali Koreya növbəti dəfə ABŞ-a növbəti dəfə xəbərdarlıq edərək bildirib ki, əgər noyabrda keçiriləcək prezident seçkilərini sakitliklə keçirmək istəyirsinizsə, iki Koreyanın daxili işlərinə qarışmaqdan çəkinin!

Bu gün Şimali Koreyanın Xarici İşlər Nazirliyinin rəsmisi Kvon Jong-gun Koreyanın Mərkəzi Xəbər Agentliyinə verdiyi müsahibədə deyib: "ABŞ-da siyasi vəziyyətin ən pis vəziyyətdə olduğu bir dönəmdə bu ölkə rəhbərliyi qeyri-peşəkərcasına, dedikləri sözlərə diqqət etmədən başqa ölkələrin işlərinə qarışmağa davam edərsə, öhdəsindən gələ bilməyəcəyi xoşagəlməz hadisələrlə üzləşə bilər!"

Kvon Jong-gun əlavə edib: ABŞ daha qorxunc problemlər yaşamaq istəmirsə yaxşı olar ki, dilini saxlasın və hər şeydən öncə öz ölkəsi daxilindəki problemlər barədə düşünsün. Bu ABŞ-ın qarşıdakı seçkiləri keçirməsinə də müsbət təsir edə bilər."

Korea XİN-i daha öncə də ABŞ-a iki Koreyanın daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi Şimali Koreya ilə Cənubi Koreya arasındakı birbaşa əlaqələrin kəsilməsinə görə məyusluq və təəssüf hissi keçirdiyi bildirmişdi.
Source : IslamTimes