0
Saturday 23 July 2011 - 14:51

Həririnin qətlində Mossadın barmağı

Story Code : 86799
Həririnin qətlində  Mossadın barmağı
Həririnin qətlində Mossadın barmağı
Almaniyalı cinyət işlərinin tədqiqatı üzrə mütəxəssis "Jürgen Hans Globel" dünən Beyrutda, Livanın sabiq baş naziri Rafiq Həririniyə qarşı terror hadisəsində sionist Mossad təşkilatının barmağı olduğuna dair ip uclar verməklə mətbuat konfransı təşkil edib.

“İslamtimes”-in “əl-İntikad Daqiq”-a saytına istinadən verdiyi məlumata görə Alman mütəxəssis, bir dəstə Mossad casusunun Rafiq Həririnin terrora məruz qaldığı yerdə olduqlarını, bu vaxt terror cəhdi zamanı İsrailin Awaks təyyarələrinin də ərazidə uçuş etdiklərini və əlavə olaraq mobil operatorların da ərazidə yaxşı işləməməsini bildirərək “Telekommunikasiya sahəsində işləyən amerikalı bir qadın, sui-qəsd hadisəsi zamanı orada olub. O qadın hal –hazırda İsraildə işləyir. Bu günə qədər bir neçə dəfə də İsrail rəsmiləri ilə birlikdə görünüb” kimi fikir bildirib.

Alman Mütəxəssis "Jürgen Hans" sonra Beynəlxalq Araşdırma Komitəsinin sabiq rəisi Mehlisi yalançı və Gerhard Limanı da günahkar olaraq xarakterizə edib.

Xatırladaq ki, Livan Hizbullah Hərəkatının lideri Seyid Həsən Nasrullah da keçən il, Rafiq Həririnin terrorunda sionist İsrailin rolu olduğu ilə bağlı müəyyən faktlar irəli sürmüşdü. Lakin bu faktlar Beynəlxalq Məhkəməyə qədər gedib çatdısa da, onun haqqında heç bir araşdırma aparılmamışdı.
Translator :
Source : islamtimes
Comment