QR CodeQR Code

"ABŞ dizini İranın boynuna sıxdı, amma İranın boynu deyil, öz dizi qırıldı"

IslamTimes , 12 Jun 2020 16:46

İslamTimes: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi Brayan Hukun müsahibəsinə cavab verib


"JameJamOnline"ın verdiyi xəbərə görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Məsavi ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huka cavab verib. Brayan Huk İran xalqına qarşı tətbiq olunan sanksiyalar və təzyiqlərin nəticələrindən məmnun olduğunu bildirmişdi.

Seyid Abbas Musəvi Twitter hesabında yazıb: "Siyasətlərini istər öz xalqının, istər dünya xalqlarının boynunu sıxaraq yürüdən bir dövlət təbii ki, iqtisadi terrorizm və sıradan insanlara edilən zülmlərə görə sevinməlidir! Amma bu dəfə gördünüz ki, İran millətinin boynu deyil, sizin öz diziniz qırılıb!"

Abbas Musəvi əlavə edib: "Tezliklə İran xalqının qarşısında diz çökəcəksiniz!"

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk İrana qarşı tətbiq edilən sanksiyaların nəticələrindən məmnun olduqlarını cümə axşamı günü dilə gətirib.

Əl-Ərəbiyyə şəbəkəsinə müsahibə verən Huk bildirib ki, ABŞ İranın Yəməndəki Husilərə (Ənsarullah) maliyyə yardımına mane olmağa çalışır.

Huk iddia edib ki, ABŞ-ın İrana qarşı sanksiyaları İslam Respublikasının zəifləməsinə səbəb olub və bu ölkənin Hizbullah Müqavimət Hərəkatına dəstəyinin azalması ilə nəticələnib.


Story Code: 868172

News Link :
https://www.islamtimes.org/az/news/868172/abş-dizini-iranın-boynuna-sıxdı-amma-boynu-deyil-öz-dizi-qırıldı

Islam Times
  https://www.islamtimes.org