Fransada həyəcan: Korona yenidən başladı...
13 Jun 2020 09:33
İslamTimes: Fransanın Möz, həmçinin Mört və Mozel (Meurthe-et-Moselle) departamentlərində COVİD-19 epidemiyası yenidən baş qaldırıb.
Axar.az xəbər verir ki, koronavirusa yoluxanların sayının iyunun əvvəlindən 3 dəfə çoxalması narahatlıq doğurub.
Nanci şəhərində məhkəmə sisteminin fəaliyyəti məhdudlaşdırılıb. Bir çox inzibati binanın, eləcə də liseylərin bağlanacağı gözlənilir.
Mört və Mozel departamentinin prefekti son günlər COVİD-19 virusuna yoluxanların sayının sürətlə artması ilə bağlı həyəcan təbili çalıb.
Story Code: 868267