0
Saturday 13 June 2020 - 16:06

BƏƏ rejimi müxaliflərini qəsdən korona ilə öldürür!

Story Code : 868379
BƏƏ rejimi müxaliflərini qəsdən korona ilə öldürür!
Əl-Xəlic Əl-Cədid xəbər saytı bildirir ki, BƏƏ həbsxanalarındakı minlərlə məhbus arasında koronavirusun yayılma təhlükəsi ilə bağlı hakimiyyətə edilən xəbərdarlıqlar Əbu Dabi rəsmilərinin sükutu ilə qarşılanıb. Bu laqeydlikdən sonra həbsxanalarda acınacaqlı bir durum yaranıb. Bədnam "Əl-Vəsbə" həbsxanasında 30-dan çox məhbusun koronavirusa yoluxmasına baxmayaraq, BƏƏ rəsmiləri hələ də xəbərdarlıqlara əhəmiyyət vermirlər.

Bu arada, BƏƏ rəsmilərinin yalnız həbsxana gözətçiləri və həbsxana işçiləri üçün ehtiyat tədbirləri gördükləri barədə əsaslı ittihamlar var. Birləşmiş Ərəb Əmirliyi ərazisində gizli həbsxanaların olmasını, o cümldən bu ölkənin Yəmən kimi ölkələrdə həbsxanalarının olmasını nəzərə alaraq, hal-hazırda BƏƏ-nin nəzarəti altındakı həbsxanaların dəqiq sayını söyləmək imkansızdır.

Rəsmi məlumatlara görə, BƏƏ-də 3 həbsxanada koronavirus geniş şəkildə yayılıb. Bu həbsxanalar Əbu Dabi yaxınlığındakı Əl-Vəsbə həbsxanası, Dubaydakı Əl-Bərşa Əl-Cədid İstintaq Təcridxanası və Mərkəzi Əl-Əviv həbsxanasıdır. Onlarla məhbusun ciddi nəzarət altında saxlanıldığı BƏƏ-nin Quantanamosu kimi tanınan Əl-Rəzin həbsxanası haqqında heç bir məlumat yoxdur. Əl Rəzin Ərəb dünyasının ən pis həbsxanalarından biridir və 2010-cu ildə yenidən açılandan bu günədək BƏƏ-də siyasi məhbusların məzarı sayılır.

BƏƏ-nin hüquq müdafiə təşkilatları rəsmi məlumatlardan fərqli olaraq Əl-Vəsbə həbsxanasında 286 məhbusun Covid-19 virusuna yoluxduğunu bildirir. Həbsxanada virusa yoluxmuş şəxslərin müalicə üçün xüsusi xəstəxanalara göndərilmədiyi qeyd olunur. Ötən ay 47 beynəlxalq təşkilat BƏƏ dövlətindən immunitet sistemi zəif olanları, o cümlədən QİÇS xəstələrini zindandan azad etməyə çağırıb.
Source : IslamTimes