QR CodeQR Code

ABŞ Suriyadan oğurladığı yanacağı İraqa keçirdi

IslamTimes , 13 Jun 2020 17:41

İslamTimes: Suriyanın yerli mənbələri, ABŞ-ın Əl-Yəribiyyə məntəqəsindəki qanunsuz Əl-Vəlid keçidindən İraqa 50 tanker yanacaq keçirdiyini bildirib.


Məlumatlı mənbələr bildirib ki, ABŞ qüvvələri İraqa keçirdiyi 50 tanker nefti Suriyanın Əl-Cəzirə bölgəsindəki neft yataqlarından oğurlayıblar.

Suriyanın rəsmi xəbər agentliyi olan SANA da, bir neçə gün öncə ABŞ qüvvələrinin Suriyaya yanacaq tankeri daşıyan 50 yük maşını göndərdiyini bildirmişdi. Agentlik bu yük maşınlarının zirehli Hummer maşınları ilə müşayiət edildiyini xəbər vermişdi.

Qeyd edək ki, bu ABŞ-ın minlərlə soyğunçuluq əməliyyatından biridir. Daha öncə ABŞ-ın İŞİD terror təşkilatı vasitəsi ilə Suriya neftini qara bazara çıxardığı bildirilir. Rusiya qırıcıları dəfələrlə İŞİD-in onlarla neft tankerindən ibarət karvanını hədəfə alaraq, onların Suriya neftini ölkədən çıxarmasına mane olub. 

ABŞ dövlət rəsmiləri bu ölkənin İraqa hərbi müdaxiləsinin də əslində nüvə silahlarını aşkarlamaq üçün deyil, İraq neftinə sahiblənmək üçün həyata keçirildiyini etiraf ediblər.


Story Code: 868381

News Link :
https://www.islamtimes.org/az/news/868381/abş-suriyadan-oğurladığı-yanacağı-iraqa-keçirdi

Islam Times
  https://www.islamtimes.org