QR CodeQR Code

ABŞ: İŞİD məhv edilənədək İraqda qalacağıq

IslamTimes , 13 Jun 2020 18:01

İslamTimes: ABŞ Xarici İşlər Nazirliyi Bağdad və Vaşinqton arasındakı strateji dialoqu yüksək qiymətləndirib və İraqda hərbi, təhlükəsizlik, siyasi və ticari mövcudluğunu davam etdirəcəyini bildirib.


ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morqan Orteqa, bütün partiya və qrupların İraq hökumətində təmsil olunmasını istədiklərini bildirib. Orteqa ABŞ-ın İraqa ən böyük humanitar yardım göstərən dövlət olaraq qalacağını söyləyib.

XİN rəsmisi ABŞ-ın İraqdan çıxacağı tarixə işarə etmədən deyib: "Bağdad və Vaşinqton arasındakı strateji dialoq müsbət idi və İŞİD məhv edilənədək İraqda qalacağıq."

ABŞ XİN sözçüsü sonda əlavə edib: "Biz məmnunuq və şübhəsiz baş tutan strateji dialoq ilk addımdır. Bu addımı İraqla ikitərəfli münasibətləri dərinləşdirmək üçün bir yol olaraq görürük."

Qeyd edək ki, bir neçə həftə öncə Həşd əl-Şəbi Müqavimət Hərəkatı İŞİD-in İraqda yenidən canlanmasının ABŞ-ın yardımı ilə baş verdiyini bildirmişdi. Onlar İŞİD-in yenidən terror fəaliyyətlərinə başlamasının ABŞ-a İraqdan çıxmamaq üçün bir bahanə kimi lazım olacağını söyləmişdi.


Story Code: 868382

News Link :
https://www.islamtimes.org/az/news/868382/abş-işid-məhv-edilənədək-iraqda-qalacağıq

Islam Times
  https://www.islamtimes.org