0
Sunday 14 June 2020 - 09:28

İran qərəzli hesabatı rədd etdi

Story Code : 868490
İran qərəzli hesabatı rədd etdi
Axar.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi sözügedən hesabatı qınayıb və bir sıra çatışmazlıqların olduğunu vurğulayıb.

"Tehran ABŞ tərəfindən ələ keçirildiyi bildirlən silahların İran istehsalı olması ilə bağlı fikirləri qəti şəkildə rədd edir", - açıqlamada bildirilib.

Qeyd edək ki, BMT Baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurası üçün hazırladığı hesabatda “Saudi Aramko” şirkətinin müəssisələrinə və Abxa şəhərindəki hava limanına hücumların İran istehsalı silahlarla gerçəkləşdirildiyini söyləyib.