QR CodeQR Code

ŞOK: ABŞ-da daha bir qaradərili polis tərəfindən öldürüldü

14 Jun 2020 09:35

İslamTimes: Afroamerikalı Corc Floyda görə etirazlar səngimədən dünən gecə ABŞ-da daha bir qaradərili polis tərəfindən öldürülüb.


Teleqraf.com xəbər verir ki, hadisə Antanta şəhərində qeydə alınıb.

Polis restoranlardan birinin həyətində maşınında yatan 27 yaşlı Rayşard Bruksu avtomobildən endirərək saxlamağa cəhd edib. Polisin tələbinə tabe olmayan Bruks elektroşok tapançası ilə vurulub. Qaradərili şəxs polisin əlindən tapançanı alaraq hadisə yerindən qaçmağa çalışıb. Polis Bruksa atəş açaraq öldürüb.

Hüquq-mühafizə orqanlarının yaydığı xəbərə görə, Rayşard Bruksun restoranın həyətində maşını ilə digər müştərilərə maneə yaratdığına dair məlumat daxil olub. Bildilir ki, o, əmrə tabe olmadığı üçün polis elektroşok tapançasından istifadə etməyə məcbur qalıb.

Qeyd edək ki Corc Floyd adlı qaradərilinin ötən ay Minneapolisdə eyni formada polis tərəfindən qətlə yetirilməsi ölkədə ciddi etirazlara səbəb olub.


Story Code: 868495

News Link :
https://www.islamtimes.org/az/news/868495/şok-abş-da-daha-bir-qaradərili-polis-tərəfindən-öldürüldü

Islam Times
  https://www.islamtimes.org