QR CodeQR Code

ABŞ-dakı böhran bu ölkənin hərbi müdaxilələrinə son qoyur

14 Jun 2020 13:38

İslamTimes: ABŞ prezidenti Donald Tramp nüfuzlu Vest-Point Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı ölkəsinin daha dünya jandarmı olmaq istəmədiyini və başqalarının münaqişələrinə qarışmayacağını bəyan edib.


Virtualaz.org xəbər verir ki, Tramp Amerika ordusunun bir vəzifəsinin olduğunu bildirib-ölkəni xarici hücumlardan qorumaq.

ABŞ-ın qlobal rolunun zəifləməsi və öz hüdudları daxilinə çəkilməsi onun rəqibi Rusiyanın şübhəsiz ki, ən böyük arzusudur. Deməli Trampın bu bəyanatına ən çox sevinən də məhz Rusiya olmalıdır. Trampın bu bəyanatı, yəni onun ABŞ-ın geopolitik maraqlar naminə başqa ölkələrin münaqişələrinə qarışmayacağı haqda dedikləri Rusiyanın xaricdə öz hərbi iştirakını genişləndirmək üçün müharibələrə girdiyi bir vaxtda səslənir. Lakin bu ayrı məsələdir ki, Tramp Vest-Point məzunları qarşısında verdiyi bu bəyanatı icra edə bilərmi. Çünki o, əvvəlcə növbəti müddətə seçilmək məsələsini həll etməlidir. Koronavirusdan 130 minə yaxın amerikalının öldüyü, qaradərilinin öldürülməsinə görə ölkəni bürümüş iğtişaşlar və qarşılaşdığı digər problemlər Trampın bu məsələsini çətinləşdirib.


Story Code: 868545

News Link :
https://www.islamtimes.org/az/news/868545/abş-dakı-böhran-bu-ölkənin-hərbi-müdaxilələrinə-son-qoyur

Islam Times
  https://www.islamtimes.org