0
Monday 15 June 2020 - 07:34

Yerevanda Paşinyanın yüzlərlə əleyhdarı saxlanıldı

Story Code : 868623
Yerevanda Paşinyanın yüzlərlə əleyhdarı saxlanıldı
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, dindirilmə təxminən 9 saat çəkib.

Polis Qaqik Tsarukyana dəstək olaraq keçirilən aksiyanın 252 iştirakçısını saxlayıb. Onların saxlanılmasına səbəb fövqəladə vəziyyət rejimi zamanı qaydaları pozaraq kütləvi aksiya keçirmələri göstərilir.

Bildirilir ki, Q.Tsarukyan dindirildikdən sonra jurnalistlərə ona qarşı siyasi təqibin aparıldığını deyib.

Xatırladaq ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Q.Tsarukyanın biznesində qeyri-qanuni hallarının aşkarlandığını bildirmişdi.

İyunun əvvəlində isə müxalif parlament fraksiyasının lideri baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin ölkədəki problemlərin öhdəsindən gəlmədiyini və istefaya getməli olduğunu demişdi.

Öz növbəsində ölkə parlamentinin vitse-spikeri, hakim "Vətəndaş razılaşması" Partiyasının Şura üzvü Alen Simonyan iddia edib ki, Tsarukyanın təqibi siyasi deyil.