QR CodeQR Code

Ehud Olmert: "İsrailin Qərb Sahilinin ilhaqı planı faciə ilə nəticələnə bilər"

IslamTimes , 15 Jun 2020 15:50


Sionist rejimin Fələstinin Qərb Sahilinin böyük bir hissəsini işğal etmək planına dünyanın, o cümlədən İsrailin özünün tanınmış siyasətçiləri etiraz etməkdə davam edir. Bu plana qarşı son etiraz işğalçı rejimin sabiq baş naziri Ehud Olmertdən gəlib.

Olmert Səudiyyə Ərəbistanının "Elaph News" xəbər saytına verdiyi müsahibə zamanı Qərb Sahilinin ilhaqı planına qarşı olduğunu bildirib. Olmert bu planın faciə ilə nəticələnəcəyi ilə bağlı xəbərdarlıq edib və İordaniya vadisinə hakimlik bəhanəsinin mənasız olduğunu vurğulayıb.

IsraelNationalNews saytının verdiyi məlumata görə, Olmert "yom kippur" müharibəsindən sonra Tel-Əvivin İordaniya ilə problem yaşamadığını xatırladaraq, İordaniya vadisinə hakimlik xəyalının mənasız olduğunu bildirib.

Olmert Netanyahunun İranın nüfuzunun artmasına qarşı siyasətlərinin fiaskoya uğradığını qeyd edib və bildirib ki, Suriyada da illərdir ki, vəziyyət tam fərqli bir məcrada inkişaf edir. Netanyahu bu məsələyə laqeyd yanaşdı. Bu səbəbdən də İran rahatlıqla Suriyaya daxil oldu.

Olmert İsrail ordusunun yekdilliklə ilhaq planına qarşı olduğunu və onların bu addımın faciəli nəticələri ilə bağlı xəbərdarlıq etdiyini bildirib.

Sabiq baş nazir İsrail hərbçilərinin Fələstin hakimiyyəti və İordaniya rəhbərliyinin icazəsi ilə İordaniya ilə sərhəd ərazisində yerləşdirilə biləcəyini xatırladıb.


Story Code: 868757

News Link :
https://www.islamtimes.org/az/news/868757/ehud-olmert-israilin-qərb-sahilinin-ilhaqı-planı-faciə-ilə-nəticələnə-bilər

Islam Times
  https://www.islamtimes.org