0
Tuesday 16 June 2020 - 10:54

Akan: Yunanıstanın Türkiyə ilə bağlı 3 ssenarisi

Story Code : 868929
Akan: Yunanıstanın Türkiyə ilə bağlı 3 ssenarisi
Axar.az xəbər verir ki, bunu türkiyəli yazar Murad Akan qeyd edib.

O, sözügedən ssenarilərin bunlar olduğunu bildirib:

"1. Bölgəyə eyni sayda gəmi göndərəcək.

2. Dənizin altındakı kabellər kəsiləcək.

3. Ağ dənizində qazıntı işləri ilə bağlı qüllə qurulsa, xəbərdarlıq atəşi açılacaq”.

Murad Akan Yunanıstanın bütün bunlara cəsarət edə bilməyəcəyinə eyham vurub.

“Rəsmi Afina bunları etmək üçün əvvəlcə cəsarət dərmanı içməlidir”, - o bildirib.