0
Tuesday 16 June 2020 - 14:02

Əsas problem ABŞ və İsraildir, İŞİD onların əlində olan bir alətdir!

Story Code : 868980
Əsas problem ABŞ və İsraildir, İŞİD onların əlində olan bir alətdir!
Həşd Əl-Şəbi Müqavimət Hərəkatının Təbliğat Qərargahının baş direktoru bu hərəkatın təsisinin altıncı ildönümü münasibətilə Əl-Məyadin şəbəkəsinə müsahibə verib. Mohnəd Əl-Eqabi Bağdad hava limanı yaxınlığında ABŞ hərbi qüvvələri tərəfindən iranlı general Qasim Süleymani ilə birlikdə şəhid edilən Əbu Mehdi Əl-Mühəndisin əvəzolunmaz xidmətlərindən danışıb.

Mohnəd Əl-Eqabi deyib: "Əbu Mehdi əl-Mühəndis təkrarolunmaz, bənzərsiz bir şəxsiyyət idi."

Mohnəd Əl-Eqabi bildirib ki, Şəhid Əl-Mühəndis 2014-cü ildə İŞİD-in süqutundan sonra terrorizmə qarşı döyüşlərin rəhbəri idi. O mərcəiyyətin terrorçulara qarşı "kifayi cihad" fətvasına "ləbbəyk" deyən ilk şəxs oldu.

Əl Eqabi əlavə edib: "Şəhid Mehdi Əl-Mühəndis həmişə deyirdi ki, İŞİD bir əlatədir, əsas problem ABŞ və İsrail ilədir. O həmişə deyirdi ki, komandir gərək ön cəbhədə olsun və əskərlərin önündə mübarizə meydanına daxil olsun."
Source : IslamTimes