0
Tuesday 16 June 2020 - 14:35

Lavrov: ABŞ-a izn verməyəcəyik!

Story Code : 868985
Lavrov: ABŞ-a izn verməyəcəyik!
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Moskvada İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü zamanı bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasından nüvə anlaşmasına zərbə vurmaq üçün istifadə edilməsinə mane olacaq.

Rusiyanın xarici işlər naziri bu açıqlamaları ABŞ-ın BMT Təhlükəsizlik Şurasından İrana qarşı silah embarqosunun müddətini uzatmaq üçün istifadə etmək niyyətindən sonra dilə gətirib. İranla 5+1 arasında əldə edilən razılaşmaya əsasən İrana qarşı silah embarqosu 2020-ci ilin oktyabrında sona çatır. Tramp hakimiyyəti bu qadağanın bitməsinə bir neçə ay qalmış bütün vasitələrdən istifadə edərək rəsmi Tehrana qarşı embarqonun davam etdirilməsinə çalışır.

ABŞ Dövlət Departamenti bu yaxınlarda bildirib ki, uyğun planı ilə bağlı Təhlükəsizlik Şurasının üzvlərinə qətnamə sənədini təqdim edib.

ABŞ-ın bütün səylərinə baxmayaraq Çin və Rusiya bu embarqonun uzadılmasına imkan verməyəcəklərini açıqlayıb.
Source : IslamTimes