0
Tuesday 16 June 2020 - 15:01

Yəmən pilotsuzları Səudiyyə işğalçılarına cavab zərbəsi endirdi 

Story Code : 868998
Yəmən pilotsuzları Səudiyyə işğalçılarına cavab zərbəsi endirdi 
Əl-Mayadin şəbəkəsinin verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Səudiyyə Ərəbistanının cənubundakı önəmli Xamis Məşit bölgəsində hərbi hədəflərə hava zərbələri endirildiyini bildirib.

Yəhya Səri deyib: "Bu geniş əməliyyat beş K-2 dronu ilə həyata keçirildi və bu dronlar hədəfləri tam dəqiqliklə vurdu."

Bundan öncə Səudiyyə Koalisiyasının sözçüsü briqada generalı Turki əl-Maliki iddia etmişdi ki, Səudiyyə rejiminin havadan müdafiə sistemi Yəmənə məxsus pilotsuzları Əsirə bölgəsində təyin edib və onları zərərsizləşdirib. Amma əl-Maliki bu dronların sayı barədə açıqlama verməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı illərdir Yəmən xalqının başına bomba yağdıraraq, bu silahsız, məzlum xalqı qətliam edir. Son dövrlərdə koronavirus pandemiyasının Yəməndə yayılmasını önləmək üçün BMT Səudiyyə Ərəbistanından hücumları dayandırmasını istəyib. Ali-Səud rejimi atəşkəs elan etdiyini bildirsə də hücumlarını hələ də davam etdirir. 
Source : IslamTimes