0
Wednesday 17 June 2020 - 08:15

Hindistanın Çinlə sərhəddə silahlı qarşıdurma zamanı 20 hərbçisi ölüb

Story Code : 869094
Hindistanın Çinlə sərhəddə silahlı qarşıdurma zamanı 20 hərbçisi ölüb
APA xəbər verir ki, bu barədə “The Hindustan Times” nəşrində məlumat dərc edilib.

Çin tərəfdən də itkilərin olduğu bildirilsə də, onların sayı müəyyən edilməyib.

“Sputnik”in məlumatına görə, 130-dan çox hind əsgəri yaralanıb, itkinlərin sayının daha da artacağı bildirilir.

Qeyd edək ki, Qalvan Vadisi adlanan bölgə Hindistanla Çin arasında 1962-ci ildən bəri mübahisəli ərazi olaraq qalmaqdadır.