0
Wednesday 17 June 2020 - 09:05

Parisdə etiraz aksiyasında 19 polis yaralanıb

Story Code : 869114
Parisdə etiraz aksiyasında 19 polis yaralanıb
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli polisin yaydığı məlumatda bildirilib.

Paytaxtda əvvəlcə tibb işçilərinin dinc etiraz aksiyası keçirilib. Qara geyimli bir qrup gəncin aksiyaya qoşulması ilə polislə qarşıdurma yaranıb. 

Təxminən iki saat davam edən iğtişaşlar zamanı gənclər tərəfindən polisə müxtəlif əşyalar atılıb. Hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazlardan istifadə edərək kütləni dağıtmağa çalışıb.