0
Wednesday 17 June 2020 - 09:21

ABŞ Türkiyənin qarşısını almaq üçün... - Ekspert

Story Code : 869119
ABŞ Türkiyənin qarşısını almaq üçün... - Ekspert
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Yuliya Kudryaşova son günlər yaşanan Yunanıstan-Türkiyə gərginliyi ilə bağlı açıqlamasında deyib. O bildirib ki, Türkiyə-Yunanıstan gərginliyinin böyük tarixi var.

Kudryaşovanın sözlərinə görə, hazırda gərginlik bir neçə yöndə davam edir:

“Bunlardan biri Egey dənizi ilə bağlıdır. Məlum olduğu kimi, Egey dənizi üzərində hava sərhədi məsələsi hələ də yekun həllini tapmayıb. Digər keçmiş problem Kiprlə bağlıdır. Son zamanlar isə bunlara daha bir problem əlavə edildi: Miqrantlar, qaçqınlar... ABŞ-Türkiyə arasında YPG problemi yaşandığı dövrdə Ankara-Moskva razılaşması imzalanmamışdı. Türkiyə miqrantları Yunanıstan sərhədinə yönləndirmişdi. Bolqarıstan deyil, Yunanıstan... Bu, Avropa Birliyini Suriyadakı münaqişəyə təşviq etmək üçün edilmişdi".

Ekspert əlavə edib ki, ABŞ-ın Şərqi Aralıqdakı neft və təbii qaz axtarışlarına marağı var və bu, nəzərə alınarsa, Vaşinqtonun Afinanı dəstəkləyəcəyi istisna edilmir.