0
Wednesday 17 June 2020 - 11:35

Əfqanıstanda “Taliban” təhlükəsizlik qüvvələrinin 12 əməkdaşını öldürüb

Story Code : 869152
Əfqanıstanda “Taliban” təhlükəsizlik qüvvələrinin 12 əməkdaşını öldürüb
APA-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın şimalındakı Cövzcan vilayətində “Taliban” döyüşçülərinin iki yoxlanış məntəqəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 12 əməkdaşı öldürülüb, 5 nəfər yaralanıb. 

Toqquşma zamanı 5 “Taliban” üzvü öldürülüb, 10 nəfər isə yaralanıb.

“Taliban” döyüşçüləri təhlükəsizlik qüvvələrinin 4 əməkdaşını əsir götürüb.

“Taliban” hücumla bağlı açıqlama yaymayıb.