0
Wednesday 17 June 2020 - 13:12

ABŞ Senatı nüvə sınağı layihəsini təsdiqlədi

Story Code : 869165
ABŞ Senatı nüvə sınağı layihəsini təsdiqlədi
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, respublikaçı senator Tom Kottonun təklif etdiyi müdafiə büdcəsi layihəsinə edilən dəyişiklik, nüvə sınağı layihələrinin həyata keçirilməsi üçün ən azı 10 milyon dollarla təmin edəcək. Layihəyə edilən dəyişiklik Senatın Silahlı Qüvvələr komitəsinin Dövlət Müdafiə Qanunu ilə bağlı qapalı iclasında 14 lehinə və 13 əleyhinə səslə təsdiqləndi. Amerikanın Vaşinqton Post qəzeti, ilk nüvə sınağının keçirilməsinin müzakirəsinin 2020-ci ildə mayın 15-i ABŞ-ın yüksək səviyyəli rəsmilərinin iclasında müzakirə edildiyini bildirib. ABŞ 1992-ci ildən etibarən heç bir nüvə sınağı keçirməyib. Son aylarda Tramp Rusiya və Çini heç bir sübut olmadan aşağı səviyyəli nüvə sınağında ittiham edib. Vaşinqton, BMT-nin Hərtərəfli Sınaqların Qadağası Müqaviləsini imzaladığı halda, belə bir silah yarışına hazırlaşır.