QR CodeQR Code

İsrail hamam suyu ilə dost tutur

IslamTimes , 17 Jun 2020 15:03

İslamTimes: Sionist rejim baş naziri Suriya ərazisinə Trampın adını verməklə ABŞ prezidentinə jest etmək istəyib


İşğalçı İsrail rejiminin başçısı daim sionist rejimin cinayətlərinə şərik olan ABŞ prezidentinə jest etmək qərarına gəlib. Netanyahu bütün dünyanın Suriya ərazisi kimi qəbul etdiyi Qolan təpələrinə Trampın adını verdiyini bildirib. O Trampın Qolan təpələrini sionist rejim ərazisi hesab etdiyi üçün bundan sonra bu təpələrin "Ramat Tramp" adlandırılacağını bildirib.

İşğalçı İsrail rejimi baş naziri həmçinin bildirib ki, təpələr yaxınlığında yaşayış massivləri də salınacaq.

Suriyanın cənub-qərb hissəsində yerləşən Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə qərarlaşıb. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı işğalçı İsrail rejimi tərəfindən zəbt edilmişdir. 1981-ci ildə isə sionist rejim həyasızcasına bu əraziləri rəsmən öz tərkibinə qatdığını elan edib. Sionist rejimin bütün səylərinə baxmayaraq, Beynəlxalq Təşkilatlar Qolan təpələrini Suriya ərazisi kimi tanıyır və İsrailin bu əraziləri işğal etdiyini bildirir.


Story Code: 869182

News Link :
https://www.islamtimes.org/az/news/869182/israil-hamam-suyu-ilə-dost-tutur

Islam Times
  https://www.islamtimes.org