0
Wednesday 17 June 2020 - 17:43

Tramp nevrozdur?

Story Code : 869210
Tramp nevrozdur?
Şənbə günü çıxışı zamanı Donald Tramp hər iki əlindən istifadə edərək stəkanı götürüb su içdi. Daha sonra ABŞ prezidenti pilləkənlərdən enərkən o qədər ehtiyatla, diqqətlə aşağı enməyə çalışırdı ki, sanki yeni ayaq açmış bir uşaqdır. 

Trampın bir stəkan su içmək üçün hər iki əlindən istifadə etdiyinə ilk dəfə şahid olmuruq. Bu halların təkrarlanması bəzi insanlarda ABŞ prezidentinin sağlamlığında ciddi problemlər olduğu ilə bağlı şübhələr yaradıb.

Psixiatr Bend Li bu haqda deyib: "Bu hal davamlı əsəbilik əlamətidir. Belə xəstələrin beyin müayinəsinə ehtiyacı var. Son görüntülər Trampın tibbi baxımdan problem yaşadığını göstərir. Onun yerişi, bir stəkan suyu götürmək üçün iki əlindən istifadə etməsi və hətta çıxışları zamanı gülünc ifadələrdən istifadə etməsi onun nevroloji problem yaşaması fərziyyəsinin real, həqiqət ola biləcəyi ehtimalını gücləndirir." 

Tramp daim tam sağlam olduğunu israrla dilə gətirir. Ağ Ev də bu yaxınlarda Trampın yaşına nisbətən fiziki vəziyyətinin yerində olduğu ilə bağlı bəyanat yayıb. Qeyd edək ki, bazar günü Tramp 74 yaşını qeyd edib.

ABŞ prezidentinin iki əli ilə stəkanı tutaraq su içməsi ilk dəfə 2017-ci ildə, milli təhlükəsizlik strategiyasını Vaşinqtondakı hərbi heyətə təhvil vermə mərasimində müşahidə olunub.

2017-ci ildə başqa bir iclasda Tramp Yaponiya ilə ticarət müqaviləsi qurmaq barədə danışarkən iki əli ilə bir şüşəni tutaraq su içib.
Source : IslamTimes