0
Thursday 18 June 2020 - 08:35

Ət kombinatının 400 işçisi koronavirusa yoluxdu

Story Code : 869299
Ət kombinatının 400 işçisi koronavirusa yoluxdu
Teleqraf.com-un məlumatına görə, bu barədə bölgənin rəhbərliyi bildirib.

Qeyd olunub ki, “Tönnies” ət emalı şirkətinin əməkdaşları arasında keçirilmiş 500 testdən 400-ü pozitivlə nəticələnib. Daha 500 testin nəticələri gözlənilir.

Almaniyada karantin rejiminin yumşaldılmasından sonra bir sıra ət emalı müəssisələrində yoluxma halları çoxalıb. Bununla əlaqədar həmin müəssisələrdə nəzarət tədbirlərinin gücləndirilməsi qərara alınıb.