0
Thursday 18 June 2020 - 12:39

Tramp təşvişdə - Baydenin üstünlüyü 13 faizə yüksəldi

Story Code : 869378
Tramp təşvişdə - Baydenin üstünlüyü 13 faizə yüksəldi
"Reuters-Ipsos"un keçirdiyi son sorğuya əsasən, seçicilər arasında sabiq vitse-prezident Co Baydenin Donald Tramp üzərində üstünlüyü 13 faizə yüksəlib.
Sorğuda iştirak edənlərin 48 faizi qarşıdakı seçkilərdə Co Baydenə səs verməcəklərini bildirib. Hazırkı prezident, respublikaçı Donald Trampa səs verəcək respondentlərin sayı isə cəmi 35 faiz olub.

Hill xəbər saytının məlumatına görə, son aylarda keçirilən sorğularda Trampı dəstəkləyənlərin sayında azalma müşahidə edilir. Trampın ABŞ-da geniş şəkildə yayılmış koronavirus pandemiyasına qarşı zəif tədbirləri, o cümlədən Trampın afroamerikalı vətəndaşın polis tərəfindən vəhşicəsinə öldürülməsi səbəbindən başlayan etirazlara reaksiyası onun nüfuzunun kəskin şəkildə azalmasına səbəb olub.

Hesabata görə respondentlərin 55%-i Trampın bu günə qədər təxminən 120 min insanın ölümünə səbəb olan koronavirus böhranını idarə etməsindən narazıdır. Sorğuda iştirak edənlərin üçdə ikisi üç həftədən çoxdur davam edən irqçiliyə qarşı etirazları dəstəklədiyini bildirib. ABŞ prezidenti etirazçılara qarşı düşmən kimi mövqe sərgiləyib və etirazları dayandırmaq üçün dəfələrlə hərbi güc istifadə edəcəyi ilə bağlı hədə-qorxu gəlib.

Bu sorğu 10-16 iyun tarixində 4426 amerikalının iştirakı ilə keçirilib
Source : IslamTimes