0
Thursday 18 June 2020 - 15:23

Rəsmi Moskva İsrail KİV-nin Fələstinlə bağlı iddialarını təkzib etdi

Story Code : 869399
Rəsmi Moskva İsrail KİV-nin Fələstinlə bağlı iddialarını təkzib etdi
RussiaToday-ın verdiyi məlumata əsasən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransı zamanı sionist rejimin "Israel Hayom" qəzetinin iddialarını gülünc adlandırıb və deyib: "Təəssüflər olsun ki, bizim əsrimizdə əsası olmayan xəbərlərin KİV-də yayımlanmasına olduqca çox rast gəlinir. Xüsusi ilə qərarları bütün dünyanı maraqlandıran, daxili və xarici siyasətlərə təsir edən ali rütbəli dövlət rəsmiləri barədə belə yalanların yayılması daha böyük narazılıqlara səbəb olur..."

"Israel Hayom" qəzeti 15 iyunda yayımladığı xəbərdə iddia edib ki, Barak Obama 2016-cı ildə Fələstin dövlətini 1967-ci il sərhədləri qorunmaqla rəsmi olaraq tanımaq üçün Təhlükəsizlik Şurasına müraciət etmək istəyib. Həmin zaman işğalçı İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlayıb və ondan Obamanın bu qərarına veto qoymasını xahiş edib. Putin də bu xahişə müsbət cavab verib. Amma sonradan Barak Obama özü uyğun sənədi Təhlükəsizlik Şurasına verərək Fələstinin müstəqil dövlət olaraq tanınması fikrindən daşınıb.

Mariya Zaxarova bu haqda deyib: "Elə görünür ki, bu xəbəri hazırlayan jurnalistin Orta Şərqdəki vəziyyətlə bağlı heç bir anlayışı yoxdur. ABŞ prezidentinin Fələstin-İsrail münaqişəsinə son verə biləcək, iki ölkə arasındakı ixtilafları həll edəcək, eləcə də Rusiya və dünyanın əksər ölkələrinin dəstəklədiyi beynəlxalq qətnamə hazırlaması bir xəyaldır! Rəsmi Moskva 1988-ci ildə Şərqi Qüds də daxil olmaqla Fələstini qanuni sərhədləri ilə rəsmi olaraq tanıdı. ABŞ da Fələstini rəsmi olaraq müstəqil bir dövlət kimi tanımaq istəsəydi, bunun üçün Təhlükəsizlik Şurasına müraciət etməyə gərək yox idi!"
Source : IslamTimes