Axar.az xəbər verir ki, danışıqlarda əsas müzakirə mövzusu müddəti gələn ilin fevral ayında başa çatacaq Strateji Nüvə Silahlarının Məhdudlaşdırılmasına dair Müqavilə olacaq.
Avstriya mətbuatının yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Çin rəsmilərinin də danışıqlarda iştirakını istəsə də, rəsmi Pekin bu təklifi rədd edib.