ABŞ-ın üç ştatında rekord sayda COVID-19-a yoluxma qeydə alındı
Story Code : 869675
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Arizonada son 24 saat ərzində COVID-19 infeksiyasına 3 246 yeni yoluxma halı aşkarlanıb. Bununla da ştatda koronavirus infeksiyasına yoluxanların sayı 46,6 min nəfərə çatıb
Son gün ərzində Texas ştatında 3 516, Florida ştatına isə 3 207 yoluxma qeydə alınıb. Bu, ştatlar üçün koronavirusa rekord sutkalıq yoluxmadır.