0
Saturday 20 June 2020 - 09:35

İraqın yeni baş naziri İran, ABŞ və Ərəbistana səfər edəcək

Story Code : 869727
İraqın yeni baş naziri İran, ABŞ və Ərəbistana səfər edəcək
İraqın yeni baş naziri Mustafa əl-Kaziminin iyul ayında baş nazir kimi ilk xarici səfərlərə başlayacağı bildirilir. "Əl-Ərəbi Əl-Cədid" qəzeti bu haqda xəbər yayaraq Əl-Kaziminin səfər edəcəyi ölkələr arasında İran, ABŞ və Səudiyyə Ərəbistanının da olduğunu qeyd edib.

Qəzet İraq dövlət rəsmilərinə istinadən yazıb ki, səfərlərdə əsas məqsəd neftin qiymətinin kəskin azalması səbəbindən yaşanan iqtisadi böhrana görə İraqa dəstəyi artırmaqdır.

İraq daxilində hər hansı gözlənilməz bir hadisə baş verməzsə səfərlərin iyul ayının ortalarından başlayacağı güman edilir.
İraq rəsmilərindən biri qəzetə bildirib ki, hər dövlətlə siyasi, təhlükəsizlik mövzuları ilə bağlı danışıqlar aparılacaq. Amma Əl-Kaziminin əsas məqsədi maliyyə və siyasi dəstək qazanmaqdır.

İraq Parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü Mahmud Cavad bildirib ki, baş nazirin bu səfərlərdə ilk mesajı İraq dövlətindən məntəqədə hər hansı dövlətə qarşı sui-istifadə edilməsinə icazə verilməyəcəyidir. Əl-Kazimi İraq hakimiyyətinə hörmətlə yanaşılmasını və xarici dövlətlərin İraqdan öz mənafeləri üçün istifadə etməməsini təmin etmək niyyətindədir.
Source : IslamTimes