QR CodeQR Code

"Senatda Trampı dəstəkləyənlər tarixin zibil qutusuna atılmalıdır"

IslamTimes , 20 Jun 2020 14:21

İslamTimes: Suzan Rays Senatda Donald Trampı himayə edənləri sərt şəkildə tənqid edib


Sputnik xəbər agentliyi xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Suzan Rays Senatda prezident Donald Trampı dəstəkləyənləri sərt tənqid edib.

Cümə günü "Senatda Donald Trampı himayə edənlər tarixin zibil qutusuna atılmalıdır" deyən xanım Rays 2020-ci ildə keçiriləcək prezident seçkilərində Co Baydenin Ağ Evə rəhbərlik edəcəyini bildirib. Suzan Rays Co Baydenin ABŞ-da islahatlar aparacağına və ixtilaflara son qoyacağına inandığını dilə gətirib.

Raysın adının Baydenin vitse-prezidentliyə mümkün namizədlər siyahısında olduğu deyilir. 2020-ci il ABŞ prezident seçkilərinə Demokratların namizədi olan Co Baydenin "Black Lives Matter" (Qaradərililərin həyatı önəmlidir) şüarı ilə keçirilən etiraz aksiyaları səbəbindən təzyiq altında olduğu və bunun üçün qaradərili Suzan Raysı öz müavini kimi tanıtdırdığı bildirilir.

ABŞ KİV-də yer alan xəbərlərə əsasən, Demokratlar Baydendən qaradərili deyil, ağdərili bir müavim seçməsini istəyirlər. 


Story Code: 869788

News Link :
https://www.islamtimes.org/az/news/869788/senatda-trampı-dəstəkləyənlər-tarixin-zibil-qutusuna-atılmalıdır

Islam Times
  https://www.islamtimes.org