QR CodeQR Code

Yəmənin Əl-Bəyda əyalətində daha bir bölgə Ənsarullahın nəzarətinə keçdi

Deyerler , 20 Jun 2020 16:21

İslamtimes - Yəmənin Əl-Bəyda əyalətində Radman Əl-Əvad bölgəsi 48 saat davam edən qarşıdurmadan sonra Ənsarullah qüvvələrinin nəzarəti altına keçib.


Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, bölgədə xain eks-prezident Mənsur Hadinin tərəfdarı İslah Partiyasının liderlərindən olan Yasir Əl-Əvadi Məaribə qaçıb.
 
Radman Əl-Əvaddakı qarşıdurmalarda İslah partiyasının onlarla yaraqlısı öldürülüb, Yasir Əl-Əvadinin qardaşı Əhməd və oğlu Rami Ənsarullah tərəfindən tutulub. Əvadi qəbiləsi silahlarını təhvil verdikdən sonra hər ikisi də sərbəst buraxılıb.
 
Yəmənin Məarib əyalətindəki Əl-Aləm cəbhəsində baş verən qarşıdurmalarda, İslah partiyasının üzvü Əl-Ubeydi tayfasının lideri Şeyx Əli bin Saleh Əl-Ubeydi Ənsarullah qüvvələri tərəfindən öldürülüb.
 
Qeyd edək ki, İslah partiyası Misirdəki Müsəlman Qardaşlarının (İxvanul Muslimin) Yəməndəki qoludur.
 


Story Code: 869800

News Link :
https://www.islamtimes.org/az/news/869800/yəmənin-əl-bəyda-əyalətində-daha-bir-bölgə-ənsarullahın-nəzarətinə-keçdi

Islam Times
  https://www.islamtimes.org