0
Saturday 20 June 2020 - 16:21

Yəmənin Əl-Bəyda əyalətində daha bir bölgə Ənsarullahın nəzarətinə keçdi

Story Code : 869800
Yəmənin Əl-Bəyda əyalətində daha bir bölgə Ənsarullahın nəzarətinə keçdi
Yəmənin Əl-Bəyda əyalətində daha bir bölgə Ənsarullahın nəzarətinə keçdi
Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, bölgədə xain eks-prezident Mənsur Hadinin tərəfdarı İslah Partiyasının liderlərindən olan Yasir Əl-Əvadi Məaribə qaçıb.
 
Radman Əl-Əvaddakı qarşıdurmalarda İslah partiyasının onlarla yaraqlısı öldürülüb, Yasir Əl-Əvadinin qardaşı Əhməd və oğlu Rami Ənsarullah tərəfindən tutulub. Əvadi qəbiləsi silahlarını təhvil verdikdən sonra hər ikisi də sərbəst buraxılıb.
 
Yəmənin Məarib əyalətindəki Əl-Aləm cəbhəsində baş verən qarşıdurmalarda, İslah partiyasının üzvü Əl-Ubeydi tayfasının lideri Şeyx Əli bin Saleh Əl-Ubeydi Ənsarullah qüvvələri tərəfindən öldürülüb.
 
Qeyd edək ki, İslah partiyası Misirdəki Müsəlman Qardaşlarının (İxvanul Muslimin) Yəməndəki qoludur.
 
Source : Deyerler
Comment