QR CodeQR Code

Con Kerri ABŞ-da inqilab ola biləcəyindən danışdı

IslamTimes , 20 Jun 2020 17:56

İslamTimes: Con Kerri ABŞ prezidenti Donald Tramp haqda şok açıqlamalar verib


"Newsweek" nəşriyyəsinin yazdığına əsasən, ABŞ-ın sabiq dövlət katibi Con Kerri koronavirus səbəbindən virtual olaraq keçirilən Kopenhagen Demokratiya Toplantısında bildirib ki, ABŞ hələ də dünya lideri kimi öz mövqeyini geri qazana bilər. Amma bunun üçün Co Bayden prezident seçkilərində qalib gəlməlidir. 

Con Kerri bildirib ki, Donald Tramp yenidən prezident seçkilərini qazanarsa vəziyyət arzuolunmaz olacaq. Con Kerri Trampın prezidentliyinin ikinci mərhələsinin Amerikanın qlobal mövqeyinə və dünyaya rəhbərlik etmə imkanlarına böyük zərər verəcəyini söyləyib.

Sabiq dövlət katibi qarşıdan gələn seçkilərə toxunaraq deyib: "Düşünürəm ki, yeni bir prezidentimiz olacaq". 

O, həmçinin öncəki seçkilərdə Respublikaçıların Demokrat seçicilərin səsvermə hüquqlarını pozaraq, nəticələri saxtalaşdırdığını bidirib.

Con Kerri əlavə edib: "İnsanların seçki qutularına əlləri çatmırsa, düşünürəm ki, bu inqilab üçün bir qığılcım ola bilər..."

Tramp administrasiyasından narazılığını gizlətməyən Con Kerri hazırkı prezidentlik dövründə ABŞ-ın dostlarından uzaqlaşdığının bir həqiqət olduğunu bildirib və deyib: "Tramp bəzi beynəlxalq müqavilələri, Fransa ilə, o cümlədən İranla nüvə sazişini ləğv etdi. O Çinlə ticarət müharibəsinə başladı. Onun prezidentliyi dünyanı daha təhlükəli bir yerə çevirdi. Qiymətlər qalxdı və bütün ticarət sistemi zərbə gördü."


Story Code: 869815

News Link :
https://www.islamtimes.org/az/news/869815/con-kerri-abş-da-inqilab-ola-biləcəyindən-danışdı

Islam Times
  https://www.islamtimes.org