QR CodeQR Code

KİV: Əfqanıstanda yaraqlılar 53 nəfəri girov götürüb

21 Jun 2020 07:30

İslamTimes: Əfqanıstanın Daykundi əyalətində yaraqlılar qadınlar və uşaqlar da daxil olmaqla 53 nəfəri girov götürüblər. 


APA TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.

Əyalət qubernatoru Zia Hamdardın kanala verdiyi açıqlamasında bildirib ki, yaraqlılar yerli ağsaqqalların vasitəçiliyi ilə artıq 9 nəfər girovu sərbəst buraxıblar. Digərlərinin sərbəst buraxılması üçün danışıqlar davam edir.

Girovların radikal “Taliban” hərəkatının silahlıları tərəfindən tutulduğu iddia edilir. Eyni zamanda, “Taliban”nın bu iddianı rədd etdiyi vurğulanıb.


Story Code: 869887

News Link :
https://www.islamtimes.org/az/news/869887/kiv-əfqanıstanda-yaraqlılar-53-nəfəri-girov-götürüb

Islam Times
  https://www.islamtimes.org