QR CodeQR Code

Trampın mitinq qərargahının əməkdaşlarında COVID-19 aşkarlandı

21 Jun 2020 08:32

İslamTimes: ABŞ prezidenti Donald Trampın Oklahoma ştatının Talsa şəhərində iştirakı üçün mitinq yeri hazırlamış seçkiqabağı qərargahın altı əməkdaşının koronavirus testi müsbət olub.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qərargahın xarici əlaqələr üzrə direktoru Tima Merta bildirib.

"Təhlükəsizlik protokollarına uyğun olaraq qərargahın əməkdaşları tədbirlərdən əvvəl COVID-19 yoxlamasından keçirlər. Qabaqcıl qrupun keçirilmiş yüzlərlə testindən altı üzvünün nəticələri müsbət oldu və onlar barədə dərhal karantin tədbiri görülüb", - o bildirib.

Tima Merta qeyd edib ki, onlarla yaxın əlaqədə olmuş heç bir əməkdaş mitinqdə olmayacaq və tədbirin başlanğıcından əvvəl temperatur ölçüləcək, əllər və maska üçün antiseptiklər veriləcək.


Story Code: 869895

News Link :
https://www.islamtimes.org/az/news/869895/trampın-mitinq-qərargahının-əməkdaşlarında-covid-19-aşkarlandı

Islam Times
  https://www.islamtimes.org