QR CodeQR Code

Rusiya koronavirusa qarşı peyvəndini bu tarixdə istehsal edə bilər

21 Jun 2020 09:01

İslamTimes: Koronavirusa qarşı Rusiyanın hazırladığı peyvənd bu ilin payızında istehsal edilə bilər.


Virtualaz.org bildirir ki, bunu Qamaley adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq deyib. O bildirib ki, mərkəz tərəfindən istehsal edilən virusa qarşı immun test sistemi sayəsində 4 mindən çox qan plazma nümunəsi analiz edilib.

Hazırlanan test sisteminin insan qanında koronavirusu təsirsiz hala gətirən antikorların olub-olmadığını ortaya çıxardığını və xəstəliyi keçirənlərin qan plazmasını keyfiyyətli sınaq edilməsinə şərait yaratdığını bildirən Ginzburq plazmanın ağır koronaviruslu xəstələrin müalicəsində istifadə edilə biləcəyini qeyd edib.


Story Code: 869897

News Link :
https://www.islamtimes.org/az/news/869897/rusiya-koronavirusa-qarşı-peyvəndini-bu-tarixdə-istehsal-edə-bilər

Islam Times
  https://www.islamtimes.org