QR CodeQR Code

Şimali Koreyadan ABŞ-a şok təhdid

IslamTimes , 21 Jun 2020 10:00

İslamTimes: "Rəsmi Vaşinqton Koreya Yarımadasında müharibə alovunu qızışdırmağa çalışsa, nüvə raketlərimizlə ABŞ-ı məhv edəcəyik!"


Şimali Koreyanın Moskvadakı səfirliyi ABŞ-ı təhdid edərək bildirib: "Rəsmi Vaşinqton Koreya Yarımadasında müharibə alovunu qızışdırmağa çalışsa, nüvə raketlərimizlə onlara cavab verəcəyik!"

Şimali Koreyanın Rusiyadakı səfirliyi nüvə raketlərinin nələrə qadir olduğunu təkidlə vurğulayaraq deyib: "Bu raketlərlə bütün təhdidlərə cavab verəcəyik." 

Rəsmi Pxenyan bildirib ki, Koreya yarımadasında yaranan gərginlik bəşər tarixində mühüm hadisəyə səbəb ola bilər, bu mühüm hadisə "ABŞ İmperatorluğu"nun sona çatmasıdır!

Cümə axşamı Pentaqonun yüksək vəzifəli bir rəsmisi, Şimali Koreyanın son addımlarının bu ölkənin məntəqə üçün bir təhdid olaraq qaldığını göstərdiyini iddia edib. ABŞ Müdafiə Nazirliyinin Şərqi Asiya üzrə müavini Devid Helvi deyib: "Son günlər bizim özümüzə qarşı ciddi təhdidlər edildiyi kimi Şimali Koreya məntəqə üçün də bir təhlükə olaraq qalır. Bu səbəbdən sayıq olmalıyıq."

Son günlər Seul və Pxenyan arasındakı gərginlik ABŞ-ın iki Koreya dövlətinin münasibətlərinə müdaxilə etməsi ilə kəskin şəkildə artıb. Bununla belə, Şimali Koreya ABŞ-a iki Koreya arasındakı münasibətlərə hər hansı bir şəkildə müdaxilə etməməsi barədə ciddi xəbərdarlıq edib.


Story Code: 869904

News Link :
https://www.islamtimes.org/az/news/869904/şimali-koreyadan-abş-a-şok-təhdid

Islam Times
  https://www.islamtimes.org