QR CodeQR Code

Hizbullah işğalçı İsraili raket hücumu ilə hədələdi

IslamTimes , 21 Jun 2020 12:18

İslamTimes: Hizbullah Müqavimət Hərəkatı işğalçı İsraildə Tel-Əviv də daxil olmaqla istənilən nöqtəni tam dəqiqliklə vura biləcəyini bildirib


"Times of Israel" qəzetinin yazdığına görə, şənbə günü Livanın Hizbullah Müqavimət Hərəkatı tərəfindən yayımlanan bir videoda görünür ki, Hizbullah hərəkatı sionist rejimin işğal etdiyi böyük əraziləri idarəoluna bilən raketlərlə dəqiq hədəfə almağa qadirdir. Hizbullah işğalçı İsrailin istənilən nöqtəsini tam dəqiqliklə məhv edə biləcəyini bildirib.

Videoda sionist rejimdəki bəzi hədəflər nümayiş etdirilir və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu nöqtələri raketlərlə məhv etməyə qadir olduqlarını bildirir.

Seyid Həsən Nəsrullah videoda deyir: "Biz bu gün uca Allahın yardımı ilə Tel-Əvivi hədəfə ala bilərik. İsrail tərəfindən işğal olunmuş Fələstin torpaqlarında çox dəqiq hədəflərə hücum etməyə qadirik..."

Videonun sonunda ibrani və ərəb dillərində bu mətn nümayiş olunur: "Əgər bizim önümüzdə dayansanız artıq bir şey edə bilməyəcəksiniz!"

Livan Hizbullahının 150 mindən çox raketə sahib olduğu bildirilir. Elə bu mövzunun sionist rejimin Hizbullahla müharibədən qorxmasına səbəb olduğu deyilir.


Story Code: 869935

News Link :
https://www.islamtimes.org/az/news/869935/hizbullah-işğalçı-israili-raket-hücumu-ilə-hədələdi

Islam Times
  https://www.islamtimes.org