QR CodeQR Code

Yəməni bu iki ölkə bölüşdürüb - Nazir müavini

22 Jun 2020 10:14

İslamTimes: Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı Yəməni öz aralarında bölüşdürüb.


Axar.az xəbər verir ki, bu sözləri Yəmənin İnformasiya nazirinin müavini Muxtar Rahibi deyib.

“Koalisiya ölkələri Yəməni paylaşır. Səudiyyə əl-Mehra və Sokotranı, BƏƏ isə Hadramevt, Ədən və Qərb sahilini aldı. Bütün strateji bölgələr onların nəzarətindədir. Koalisiya Yəmənə suverenlik qazandırmağa gəldi, alternativ olmaq üçün deyil. Ədəndə baş verən çevriliş Əbu-Dabidən idarə edildi. Sokotradakı isə Səudiyyədən...” - deyə Rahibi bildirib.


Story Code: 870075

News Link :
https://www.islamtimes.org/az/news/870075/yəməni-bu-iki-ölkə-bölüşdürüb-nazir-müavini

Islam Times
  https://www.islamtimes.org