QR CodeQR Code

Tramp Venesuela qarşısında "diz çökdü"

22 Jun 2020 08:45

İslamTimes: Venesuelada özünü qeyri-qanuni şəkildə prezident elan edən Xuan Quaydonu rəsmi olaraq bu ölkə prezidenti kimi qəbul edən Tramp geri addım atdı


Venesuelada ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə görüşün mümkün ola biləcəyini istisna etməyib.

APA xəbər verir ki, bu barədə o, “Axios” nəşrinə müsahibəsində deyib.

“Ola bilər ki, mən bu barədə düşünüm… Maduro görüşmək istəyərdi. Ancaq mən görüşlərə qarşı olmamışam, nadir hallarda görüşlərə qarşı oluram. Mən həmişə deyirəm: siz görüşlərdə çox az şey itirirsiniz. Ancaq bu dəfə mən onlardan imtina etmişəm”, - deyə Amerika prezidenti bildirib.

Trampın sözlərinə görə, o, müxalifət lideri Xuan Quaydonun prezident kimi tanınması ideyasının “mütləq dəstəkçisi olmayıb”. Ötən il Quaydo qanunsuz olaraq özünü Venesuela rəhbəri elan edib.

“Bəzilərinə bu, xoş gəlib, bəziləri üçünsə yox. Mənim üçün bu, normal idi. Düşünmürəm ki, bu və ya digər halda bunun bir mənası olaydı”, - Tramp belə deyib.


Story Code: 870082

News Link :
https://www.islamtimes.org/az/news/870082/tramp-venesuela-qarşısında-diz-çökdü

Islam Times
  https://www.islamtimes.org