0
Monday 22 June 2020 - 14:32

İran parlamentinin spikeri: “ABŞ ilə müzakirə qəti qadağandır”

Story Code : 870144
İran parlamentinin spikeri: “ABŞ ilə müzakirə qəti qadağandır”
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Məhəmməd Baqir Qalibaf parlamentin baş assambleyasındakı çıxışında MAQATE İdarə Heyətinin İrandakı iki obyektə “icazə verilməsi” qərarını tənqid edib.

Qalibaf qeyd edib ki, MAQATE-nin rəyi müstəqil olarsa, bu qurumla danışıqlar aparıla bilər: “MAQATE İdarə Heyətinin qərarı bir daha sübut etdi ki, Qərbə etibar etmək olmaz. ABŞ ilə danışıqlar qəti qadağandır. Biz diplomatiya və danışıqlara qarşı deyilik, ancaq ABŞ ilə danışıqların mütləq zərərli olacağına inanırıq. Aİ ilə danışıqlar da onların etibarsız olduğunu bilinərək, aparılmalıdır”.
Related Stories