QR CodeQR Code

İran parlamentinin spikeri: “ABŞ ilə müzakirə qəti qadağandır”

22 Jun 2020 14:32

İslamTimes: İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ ilə danışıqların qadağan olduğunu və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə müstəqil olduqlarını sübut etdikləri təqdirdə danışıqların aparıla biləcəyini söyləyib


Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Məhəmməd Baqir Qalibaf parlamentin baş assambleyasındakı çıxışında MAQATE İdarə Heyətinin İrandakı iki obyektə “icazə verilməsi” qərarını tənqid edib.

Qalibaf qeyd edib ki, MAQATE-nin rəyi müstəqil olarsa, bu qurumla danışıqlar aparıla bilər: “MAQATE İdarə Heyətinin qərarı bir daha sübut etdi ki, Qərbə etibar etmək olmaz. ABŞ ilə danışıqlar qəti qadağandır. Biz diplomatiya və danışıqlara qarşı deyilik, ancaq ABŞ ilə danışıqların mütləq zərərli olacağına inanırıq. Aİ ilə danışıqlar da onların etibarsız olduğunu bilinərək, aparılmalıdır”.


Story Code: 870144

News Link :
https://www.islamtimes.org/az/news/870144/iran-parlamentinin-spikeri-abş-ilə-müzakirə-qəti-qadağandır

Islam Times
  https://www.islamtimes.org