0
Tuesday 23 June 2020 - 01:19

İşğalçı İsrail koronavirusda ikinci dalğanın başladığını elan etdi

Story Code : 870260
İşğalçı İsrail koronavirusda ikinci dalğanın başladığını elan etdi
Bu barədə pandemiya ilə bağlı məlumatları koordinasiya edən hərbi orqandan bildirilib.

Sionist rejimdə koronavirus epidemiyasının ikinci dalğası başlayıb. “The Times of İsrael”in iyunun 20-də verdiyi xəbərə görə, bu barədə SAXAL hərbi kəşfiyyat idarəsi ilə Səhiyyə Nazirliyinin birgə fəaliyyət göstərdiyi COVİD-19-la mübarizə üzrə milli informasiya mərkəzinin hesabatında deyilir.

Kəşfiyyat orqanının məlumatına görə, epidemiyanın böyüməsi iyulda minlərlə yeni yoluxmanın və yüzlərlə ölüm faktının aşkarlanmasına gətirib çıxaracaq.

“İkinci dalğa xarakterinə görə birincidən fərqlənəcək. Amma ciddiliyi azalmayacaq”, - deyə məlumat mərkəzində xəbərdarlıq edilib:

“Yoluxmanın hazırkı potensial artışı yenidən ümummilli karantinin tətbiqinə səbəb olacaq”.

SAXAL və Səhiyyə Nazirliyi vətəndaşların maska taxmamağından və digər gigiyenik qaydalara məsuliyyətsiz yanaşmasından narahatdırlar.

Son günlər sutka ərzində yoluxanların sayı 200-300 arasında dəyişir. Halbuki, mayda bu rəqəm yalnız 20 idi.

“Ynet” bildirir ki, Səhiyyə Nazirliyi iyunun 21-də COVID-19 xəstələrinin qəbulu üçün bütün ixtisaslaşdırılmış şöbələri açmağa hazır olduğunu elan edib.

Baş Nazir Benyamin Netanyahu iyunun 21-də maska taxma və sosial məsafə tələblərinə riayət edilməyəcəyi təqdirdə, hökumətin tam fövqəladə hal elan etməyə hazır olduğu barədə xəbərdarlıq edib. Bu barədə “Jerusalem Post” məlumat verib.

Qeyd edək ki, COVİD-19 infeksiyası ilk dəfə 2019-cu ildə Çində aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya adlandırıb.